Almaniya kansleri Çində tələbələrə "hüquq dərsi" keçdi
13 İyun 2016 18:48 DünyaAlmaniya kansleri Angela Merkel Çində üç günlük səfərdədir. O, iyunun 12-də Pekin Universitetindəki çıxışında deyib ki, ölkədə müstəqil ədliyyə sisteminin olması vacibdir.
Merkel tələbələrə hüququn aliliyinin vacibliyindən danışıb: "Bu o deməkdir ki, ədliyyə siyasətdən müstəqil şəkildə, qanunlara, qanunvericiliyə əsasən qərar verir və hər bir kəs qanun qarşısında bərabərdir".
O, tələbələrə məhkəmə prosedur və qaydalarının şəffaflığından da danışıb. Deyib ki, hüququn şəffaf aliliyi ölkədə sosial sabitliyi gücləndirir.
Xatırladaq ki, Çin hökuməti insan haqları qrupları və fəallarına böyük təzyiqlərə görə tənqid olunur
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00