“Yahoo” köhnə messencerinin fəaliyyətini dayandırır

Avqustun 5-dən etibarən "Yahoo" şirkətinin istehsalı olan "Yahoo Pager" xidməti fəaliyyətini dayandıracaq.

İKT.lent.az "Yahoo" şirkətinə istinadən məlumat verir ki, şirkət rəsmiləri özü istifadəçilərini yeni messencerə keçməyə çağırır və bildirir ki, köhnə platforma bundan sonra dəstəklənməyəcək.

Məlumata əsasən, avqustun 5-dən başlayaraq köhnə versiyalı messencerdən istifadə edən bütün istifadəçilər mesencerə daxil ola və məlumat göndərə bilməyəcəklər. Həmçinin APİ ilə bağlı bütün digər əlavələr də fəaliyyətini dayandıracaqlar. 

"Yahoo"nun yeni messencerinin mobil versiyası ötən il yaradılıb. Onun funksionallığı köhnədən daha genişdir. Tərtibatçılar yeni messencerə GİF animasiya, qrup çatları və bir sıra digər funksiyaların dəstəklənməsini əlavə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00