Polis ad günündə Olimpiya çempionunu döydü

50 illik yubileyini qeyd etmək üçün dostları ilə əylənməyə hazırlaşan ukraynalı güləş üzrə Olimpiya çempionu Vyaçeslav Oleynik bir anda bütün ölkədə məşhurlaşıb.

Azvision.az bildirir ki, 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarının qızıl medalçısı içkili halda avtomobil idarə etdiyi vaxt polislər tərəfindən saxlanılıb. 

Polisə etiraz edən idmançı onlarla hətta əlbəyaxa olmaqdan belə çəkinməyib. Bibər qazından istifadə etməyə məcbur olan Olimpiya çempionunu döyüb və həbs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00