NATO-nun hərbi xərcləri 2016-cı ildə 3 milyard dollar artacaq

NATO-ya üzv ölkələrin müdafiə xərcləri 2016-cı ildə 3 milyard dollar artacaq.  APA-nın məlumatına görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bununla da illik artım 1,5 faiz təşkil edəcək. O, eyni zamandaNATO-nun Baltik ölkələri və Polşada 4 batalyon yerləşdirəcəyini təsdiqləyib.

Baş katib hərbi xərclərin və Şərqi Avropada hərbi aktivliyinin artmasının vacibliyini Rusiya istiqamətindən gələ biləcək təhdidlə əlaqələndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00