50 nəfəri öldürən terrorçunun arvadı: "Mənə işgəncə verirdi"
13 İyun 2016 16:25 DünyaABŞ-ın Florida ştatında gec klubunda 50 nəfəri öldürən Omar Martinin keçmiş həyat yoldaşı KİV-lərə açıqlama verib.
Azvision.az bildirir ki, Yusufiy adlı qadın Martinin onu tez-tez döydüyünü və əqli çatışmazlığı olduğunu deyib.
Yusufiy, həmçinin Omarla tanış olduğu zaman sabiq həyat yoldaşının dindar olmadığını söyləyib.
Yusufiy evləndikdən bir neçə həftə sonra ev işləri görmədiyi üçün Omar tərəfindən döyüldüyünü deyib.
"Məni ailəm xilas etdi", - deyən Yusufiyin fikrincə, Omar Martin əvvəllər polis olmaq istəyirmiş.
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00