Bu ölkə "WhatsApp"dan imtina edir
13 İyun 2016 19:10 Dünyaİran internet və ictimai media üzərindəki təzyiqini artırmaq üçün yeni bir qanun imzalayıb.
Atv.az bildirir ki, ölkə bu səfər mesajlaşma tətbiqlərini hədəf alıb.
İran hökumətinin aldığı son qərara görə, bir ildən sonra ölkədə bütün mobil mesajlaşma proqramları qadağan olunacaq.
Deyilənə görə, bu cür qadağanı tətbiq etməkdə məqsəd proqramdan istifadə edən dövlət rəsmilərinin məxfi mesajlarının oğurlanmasının qarşısını almaqdır.
Ölkənin təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli bir qərar olduğu düşünülən ölkədə Facebook və Tvitter hələ də qadağadadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00