Yerevanda aksiya: "Rusiya ilə birgə HHM sistemi yaradılmasın!"
Ermənistan parlamentinin binası qarşısında Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin (HHM) yaradılmasına qarşı aksiya keçirilir.
13 İyun 2016 12:13 DünyaErmənistan parlamentinin binası qarşısında Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin (HHM) yaradılmasına qarşı aksiya keçirilir.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları əllərində "Toprağı, havanı verməyəcəyik", "Permyakovlar ordusuna güvənmirik, erməni ordusuna güvənirik", "Növbəti satqınlıq addımı" yazılmış plakatlar tutublar.
Qeyd edək ki, bu gün Ermənistan parlamentində keçiriləcək növbədənkənar sessiyada Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılması məsələsi də müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00