Silah satışı son 10 ildə maksimuma çatıb

Ötən il dünya silah bazarının dövriyyəsi son 10 ildə maksimuma çatıb. Silah sahəsində dövriyyə 2014-cü ilin göstəricisi ilə müqayisədə 10% - 65 mlrd. ABŞ dollara qədər artıb.

Ötən il dünya silah bazarının dövriyyəsi son 10 ildə maksimuma çatıb. Silah sahəsində dövriyyə 2014-cü ilin göstəricisi ilə müqayisədə 10% - 65 mlrd. ABŞ dollara qədər artıb.

Report  bildirir ki, bu barədə "Global Defence Trade Report"un hesabatında deyilir.
Qeyd olunur ki, bazarda dövriyyənin artması Səudiyyə Ərəbistan tərəfindən alış həcmlərinin artması nəticəsində baş verib. Xüsusilə, Ər-Riyad silah ixracını 9,3 mlrd. dollara qədər və ya 50% artırıb və bu meyar üzrə dünyada birinci yeri tutub. Alışın artması Səudiyyə Ərəbistanın Yəmən münaqişəsində iştirakı, eləcə də krallığını İranla apardığı rəqabətlə bağlıdır.

Dünyada silahın ixracı üzrə ikinci yeri Hindistan, üçüncü yeri - Avstraliya tutub. 
Hesabata görə, dünyada ən iri silah ixracatçıları üçlüyünə ABŞ, Rusiya və Almaniya daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00