11 sentyabrdan bu yana ən qanlı terror: ABŞ-da Ömərin qurbanlarının sayı 50-yə çatdı

Bu, ABŞ-d 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır. Hücumu həyata keçirən şəxsin adı məlumdur-bu, müsəlman ailəsindən çıxmış Ömər Matindir. 29 yaşlı Ömər Matinin ailəsi Əfqanıstandan olan miqrantdır.

Son məlumata görə ABŞ-ın Orlando ştatında Pulse gey-klubunda silahlı şəxsin qurbanlarının sayı 50-yə çatıb.

Virtualaz.org xəbər verir ki, bu barədə mer Baddi Daer bildirib. Bu, ABŞ-d 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır. Hücumu həyata keçirən şəxsin adı məlumdur-bu, müsəlman ailəsindən çıxmış Ömər Matindir. 29 yaşlı Ömər Matinin ailəsi Əfqanıstandan olan miqrantdır. Hakimiyyət orqanları hadisəni "terror aktı" kimi xarakterizə edir, lakin hücumu həyata keçirən şəxsin motivləri haqda birmənalı məlumat yoxdur.

Bununla belə polis baş verənləri ötən ilin noyabrında Parisdə İŞİD terrorçularının törətdiyi hücumla müqayisı edir. Bildirilir ki,  terrorçunun polislə danışıqlar zamanı irəli sürdüyü tələblər bu qənaətə gəlməyə əsas verir. Məlumata görə terrorçu yarımavtomat AR15 tüfəngi və tapança ilə silahlanıb, o, onlarla adamı girov götürüb və 3 saat ərzində güllələyib. Polis sonda bara hücum edəərk terrorçunu güllələyib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00