Alişanla Çağlanın "Ölümsüz aşklar"ı
10 İyun 2016 19:53 DünyaTürkiyəli müğənni Alişanın "Ölümsüz aşklar" mahnısına çəkdirdiyi klipi işıq üzü görüb.
Xarici KİV-in məlumatına görə, model Çağla Şikelin də rol aldığı ekran işinin rejissoru Mustafa Özendir.
Sonuncu dəfə 1998-ci ildə Çelikin klipində çəkilən Çağla 18 il sonra sənət dostunun klipi üçün kamera qarşısına keçib.
Xatırladaq ki, Ç.Şikel 2000-ci ildə Alişanın "Ah yar" klipində çəkilmək təklifini rədd etmişdi.
Son günlər ən çox dinlənən "Ölümsüz aşklar" mahnısının ekran versiyasında Alişanla Çağla sevgini tərənnüm ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00