Azərbaycanlı Rusiyada 16 nəfəri aldatdı
Rusiyanın Penza şəhərində məhkəmə Azərbaycan vətəndaşına dair çıxartdığı qərarı qüvvədə saxlayıb.
10 İyun 2016 17:10 DünyaRusiyanın Penza şəhərində məhkəmə Azərbaycan vətəndaşına dair çıxartdığı qərarı qüvvədə saxlayıb.
Anspress bildirir ki, iri həcmdə dələduzluq və quldurluğa görə Rövşən Qurbanov3 il həbsxana həyatına məhkum olunub. Bundan sonra o, cinayətdən zərərçəkənlərə dəyən ziyanı ödəməlidir.
2014-cü ildə Qurbanov Saratovdan Penzaya gəlib. Burada o, vilayət mərkəzində "Renessans Avto" şirkətini təsis edib, penzalılara Nijnevartovsk və Krasnoyarskda iş axtarmağa kömək etməyə başlayıb.
Qurbanov müştərilərindən gələcək işlərinin yerləşdiyi şəhərə getmək üçün bilet pulu belə götürüb. Onlara söz verib ki, şəhərə çatan kimi pullarını geri qaytaracaq. Lakin penzalılar yola düşəcəyi gün Qurbanovun ofisinin bağlı olduğunu görüblər.
Məlum olub ki, Qurbanov özü həmin vaxt Sartovda olub və zərərçəkmişlərə yazıb ki, bir daha ofisə gəlməsinlər.
16 nəfər zərərçəkmiş Penza və vilayətin digər ərazilərindən olub. Dələduza onlar 290 000 rubldan (5815 AZN) çox pul veriblər. Bundan başqa, Qurbanov yaşadığı evdən televizor da oğurlayıb. Amma bütün bunlara baxmayaraq, o, məhkəmədə özünü günahkar saymayıb.
Lakin məhkəmə artıq dələduzla bağlı qərar verib. O, 3 il 2 ay müddətində azadlıqdan məhrum edilib.
Ötən gün də Rusiyanın Sverdlovsk vilayətində daha bir azərbaycanlı saxlanılıb. O, saxta spirtli içki istehsal etdiyi üçün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən ələ keçirilib.
Azərbaycanlının Sverdlovsk vilayətində böyük anbarı aşkar edilib. Məlum olub ki, saxta araq iki bölgədə - Sverdlovsk vilayətində və Xantı-Mansi muxtar mahalında satılacaqmış.
FTX mətbuat xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşının məlumatına görə, hadisə ilə bağlı 25 yaşlı azərbaycanlı, 30 və 41 yaşlı Rusiya vətəndaşları saxlanılıb. Onlar anbarda saxta araq və konyak istehsal ediblər. Ərazidə keçirilən axtraışlar nəticəsində 7000-ə yaxın boş butulka, 30000 saxta aksiz markaları və içi dolu çəlləklər götürülüb.