Yeni messencer yaratdılar
10 İyun 2016 11:59 DünyaRusiyanın "Rostex" holdinqinin törəmə "RT-İnform" şirkəti yerli şirkətlər və dövlət qurumları üçün messencerin tərtibatını yekunlaşdırıb.
Yeni messencer "Windows", "Linux", "Mac OS X" iOS və "Android" əməliyyat sistemləri ilə çalışacaq.
İstifadəçilər məlumat mübadiləsi apara, həmçinin qrup çatlarında ünsiyyət qura, audio və video zənglər həyata keçirə biləcəklər.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın İqtisadi İnkişaf Nazirliyi rusiyalı məmurlara və silahlı qüvvələrin zabitlərinə iş vaxtı xarici tərtibatlardan və mobil əlavələrdən yazışmalara qadağa qoymağı təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00