"Kösem"də bu kadrlar efirdə getmədi
Ötən gün "Muhteşem Yüzyıl: Kösem" serialının sezon finalı baş tutub.
10 İyun 2016 11:54 DünyaÖtən gün "Muhteşem Yüzyıl: Kösem" serialının sezon finalı baş tutub.
Qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işinin 30-cu bölümü ölüm səhnələri ilə yadda qalıb.
Serialın baş qəhrəmanları Taner Ölmez (Sultan Osman), Mete Horozoğlu (Zülfikar paşa), Aslıhan Gümbüz (Halime sultan), Öykü Karayel (Dilruba sultan), Mustafa Üstündağ (Davut paşa) və Esra Dermancıoğlu (Cennet hatun) serialda öldürülərək, Vildan Atasever (Hümaşah sultan) saraydan uzaqlaşaraq layihə ilə vidalaşıblar.
Ekran işinin sezon finalı 4-cü Muradın taxta çıxması ilə başa çatır.
Serialda efirə verilməyən səhnələr "Kösem"in rəsmi "Youtube" səhifəsində yayımlanıb.
Görüntülərdə Sultan Osman və Davut paşanın qulaqlarının kəsilməsi, Dilruba sultanın şişlə öldürülməsi səhnələri yer alıb.
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.