Bill Qeytsdən maraqlı addım - 100 min toyuq hədiyyə

Microsoft şirkətinin yaradıcısı Bill Qeyts maraqlı kampaniyaya start verir.

Qafqazinfo  bildirir ki, milyonçu tropik Afrikanın ən yoxsul ölkələrindən olan ailələrə 100 min toyuq hədiyyə edəcək.

Qeyd olunur ki, bu yolla amerikalı iş adamı tezliklə yoxsulluğu aradan qaldırmaq niyyətindədir.

Kampaniya barədə danışan Qeyts toyuq biznesinin ehtiyacı olan ailələr üçün əlavə xərc olmayacağını deyib. O, "Gülməli görünə bilər, amma bu ideya, həqiqətən də, xoşuma gəlir", - deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00