Mustafa Cecelini əsəbiləşdirən sual
Müğənni Mustafa Ceceli ötən gün restoranların birində orucunu açıb.
9 İyun 2016 19:25 DünyaMüğənni Mustafa Ceceli ötən gün restoranların birində orucunu açıb.
Türkiyə mətbuatının məlumatına görə, məkandan çıxarkən Ceceli jurnalistlərin suallarını cavablandırıb. Mustafa "Oruclu olanda ac olmaq, yoxsa susuz qalmaq çətindir" sualına əsəbiləşib və belə cavab verib: "Eyib edirsiniz. Biz soyuducu orucu tutmuruq. Ramazan ayını ürəkdən yaşamaq istəyirik. Bu aralar terror hadisələri baş verir. Əlimizdən heç nə gəlmir. Allah onlara insaf versin". Ceceli yeni albom hazırlıqlarına başladığını, İrəm Derici ilə sürpriz layihə təqdim edəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00