Tel-Əvivdə terror aktında həlak olan qadın Azərbaycan əsillidir

Dünən İsrailin Tel-Əviv şəhərində törədilmiş terror aktında həlak olanlardan biri – 32 yaşlı Mila Mişiyeva 25 il bundan əvvəl Bakıdan İsrailə köşübmüş.

Dünən İsrailin Tel-Əviv şəhərində törədilmiş terror aktında həlak olanlardan biri - 32 yaşlı Mila Mişiyeva 25 il bundan əvvəl Bakıdan İsrailə köşübmüş.

Virtualaz.org bildirir ki, məlumatı "İzRus" verib.

Onun ailəsi - atası Vyaşeslav və anası Rita, həmçinin kiçik bacı və qardaşı Aşkelon şəhərində yaşayır. Mila özü isə son vaxtlar Rişonle-Tsionda yaşayırmış.

Mişiyeva sabah saat 14-də Aşkelonda dəfn ediləcək. Səhər erkəndən onun valideynlərinin evinə sosial xidmət orqanlarının əməkdaşları gəlib, yardım ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00