Ermənistana gələn turistlər tualet tapa bilmirlər

Ermənistanın ağır iqdisadi vəziyyəti artıq turizm sektorunda da özünü göstərir və ermənilər bunu etiraf etməyə məcbur olurlar. 

Bu Azərbaycan KİV-in  mülahizələri deyil, Ermənistanda bu işdə çalışan peşəkarların fikridir.

Atv.az  bildirir ki  "Iqdisadi jurnalistlər klubunun İrəvənda təşkil etdiyi  mətbuat konfransında çıxış edən Ermənistan turoperatorlar birliyinin sədri Karine Davoyan nə İrəvanda, nə də ki bütün Ermənistanda turistlər üçün adi tualetlər belə yoxdur deyir.

"Turist saatlarla İrəvanı gəzəcək, lakin bir tualet onun rastına düşməyəcək. Heç olmasa, yanacaqdoldurma stansiyalarında gərək mütləq tualetlərimiz olsun və bu stansiyaları açanlar üçün mütləq şəkildə nəzərdə tutulmalıdır", - deyən Davoyan hətta turizmin inkişafı üçün belə bir adi məsələnin həllini tapmamasından gileyləndi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00