Nursultan Nazarbayevin 5-ci nəticəsi dünyaya gəldi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 5-ci nəticəsi dünyaya gəlib.

RİA Novosti-nin verdiyi məlumata görə, onun nəvəsi Aysultan Nazarbayeva qız uşağı dünyaya gətirib.

A.Nazarbayeva Qazaxıstanın vitse-prezidenti xanım Dariqa Nazarbayevanın qızıdır.

Qeyd edək ki, 3 qızı, 8 nəvəsi, 5 nəticəsi olan N.Nazarbayev bu yay 76 yaşını qeyd edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00