İki uşaq anasını ərlə məşuqə öldürmək istədilər

İki övlad anasının dediyinə görə, sabiq ərinin və onun məşuqəsinin hücumuna məruz qalıb. 

İki övlad anasının dediyinə görə, sabiq ərinin və onun məşuqəsinin hücumuna məruz qalıb. 
Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin Henan vilayətindəki Dençjou şəhərində yaşanıb.
Van Çjin sabiq ərinin yanına yollanaraq onun alimentləri ödəməməsinin səbəbini öyrənmək istəyirdi.
Van adlı bu qadınla onun sabiq əri arasında mübahisə yaranıb.
"Məni vurdu, sonra bıçağa əl atdı, sifətimi dəfələrlə kəsdi. Məşuqəsi də məni bıçaqla vururdu", - Van deyib.
Polisdən verilən məlumatğa görə, qadının üzündə, boğazında və sinəsində onlarla bıçaq yarası var.
39 yaşlı Van Çjinin dediyinə görə, 14 il nikahda olduğu əri 2014-cü ildə onu ataraq Sin Van adlı qadınla yaşamağa başlayıb.
Van Çjinin 16 yaşlı oğlu və 12 yaşlı qızı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00