Ərdoğanın mətbuat katibi: Avropa ölkələri terrorçuluqla mübarizədə səmimi deyillər
Avropa ölkələri terrorçuluqla mübarizədə səmimi deyillər. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
8 İyun 2016 17:18 DünyaAvropa ölkələri terrorçuluqla mübarizədə səmimi deyillər.
"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Avropa ölkələri sadəcə təəssüflərini bildirmək əvəzinə, terrorçuluqla mübarizədə Türkiyəyə real dəstək verməlidir: "Türkiyədəki son hadisələr göstərdi ki, Ankara terrorçulara güzəştə getməməlidir".
Qeyd edək ki, dünən və bu gün Türkiyədə törədilmiş iki terror aktında ümumilikdə 15 nəfər ölüb, təxminən 80 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00