Hərbi blok rəhbəri aprel hadisələrindən danışdı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sərhədlərində hər hansı silahlı münaqişənin olması hərbi blokun bütün üzvləri üçün təhlükəlidir.

Anspress bildirir ki, bu sözləri KTMT -nın baş katibi Nikolay Bordyuja bir neçə gün əvvəl təyin edilən Ermənistanın Milli Təhlükəsizlik üzrə Məsləhət şurasının katibi Armen Qevorkyanla İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Jurnalistlər Bordyujadan aprel ayında Azərbaycan və Ermənistan arasında baş verən gərginliklə bağlı başçılıq etdiyi təşkilatın mövqeyini soruşublar.

Bordyuja isə jurnalistlərin sualına diplomatik cavab verərək deyib ki, onlar belə hadisələri diqqətdən kənarda qoymurlar. Təşkilat rəhbəri Rusiyanın vəziyyətinin normallaşdırılması və münaqişənin həllində aktiv rol oynadığını deyib. 

Azərbaycan və Ermənistan arasında aprelin əvvəlində baş verən gərginlik zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana dəstək göstərməməsi rəsmi İrəvanın etirazı ilə nəticələnmişdi.

Bir müddət əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan müdafiə məsələlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər strukturlara deyil, yalnız özünə güvənməlidir. O, müttəfiqlərinin və KTMT ölkələrinin öz öhdəliklərini yerinə yetirməli olduqlarını bildirib. 

Onlar hesab edirlər ki, KTMT-yə daxil olan dövlətlərdən Belarus, Qazaxıstan və Rusiya açıq formada bitərəflik nümayiş etdirib. Digərləri isə cəbhədəki gərginliyə münasibət bildirməkdən boyun qaçırdılar.

Hətta Qazaxıstan bəzi hallarda Azərbaycanın mövqeyini müdafiə etdi. Bununla əlaqədar hətda KTMT-nin İrəvanda keçirilməsi planlaşdırılan iclası Qazaxıstanın təklifi ilə təxirə salındı. Rəsmi Astana səbəb kimi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini göstərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00