"Onların hamısı məhv edilməlidir"
Qazaxıstan prezidenti Nursultan Nazarbayev "rəngli inqilablar" təşkil etmək cəhdlərinin əlamətlərinin ortaya çıxdığını bəyan edib.
8 İyun 2016 15:16 DünyaQazaxıstan prezidenti Nursultan Nazarbayev "rəngli inqilablar" təşkil etmək cəhdlərinin əlamətlərinin ortaya çıxdığını bəyan edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Nazarbayev bəyan edib ki, ölkə ekstremist və terrorçuları məhv etmək üçün ən sərt tədbirləri görəcək. Bunun üçün ölkənin bütün imkanları və gücü olduğunu vurğulayıb:
"Hamımız bilirik ki, "rəngli inqilablar"ın müxtəlif metodları olur və qondarma mitinq, qətllər, hakimiyyəti ələ keçirmək cəhdləri ilə başlayır. Bizdə də bu əlamətlər peyda olub".
Qeyd edək ki, Aktobe şəhərində baş verən terrorla əlaqədar Qazaxıstanda matəm elan olunub.
***
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Vladimir Jumakanovu qəbul edib.
Bu barədə azvision.az xəbər verir.
"Ölkə başçısı MTK sədri V. Jumakanavu qəbul edib", - deyə MTK-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Görüş zamanı Nazarbayev bəyan edib ki, regionda terror aktları törədənlərin kimliyi xüsusi xidmət orqanlarına məlumdur: "Onların hər biri həbs olunmalıdır. Silahlı müqavimət zamanı onlar məhv edilməlidir. Hər kəs ən ciddi şəkildə cəzalandırılmalıdır".
Nazarbayev məlum hadisələrdən sonra ilk dəfədir ki, bu haqda danışıb.
Xatırladaq ki, mayın 5-dən Qazaxıstanın Aktobe vilayətinin eyniadlı inzibati mərkəzi Aktoba şəhərində terrorçulara qarşı əməliyyat keçirilir.
Məlumata görə, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, üçü öldürülüb, biri isə yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması istiqamətində əməliyyat aparılır.
Xəbərə əsasən, Aktobe şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub.
Ötən gün keçirilən əməliyyatlar nəticəsində isə 13 ekstremist öldürülüb, 7 nəfər yaralanıb. 7 cinayətkar isə axtarışdadır.