Hələbdə 15 ölü, 20 yaralı

Suriyanın Hələb vilayətində Bəyan xəstəxanası yaxınlığında gerçəkləşən hava hücumu nəticəsində ilkin ehtimala görə, 15 insan ölüb, 20-si yaralanıb.

Suriyanın Hələb vilayətində Bəyan xəstəxanası yaxınlığında gerçəkləşən hava hücumu nəticəsində ilkin ehtimala görə, 15 insan ölüb, 20-si yaralanıb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda Hələbdəki mülki müdafiə rəsmisi Nəcib Ənsari məlumat verib. O, xəstəxana yaxınlığındakı bazar yerinə yerləşdirilən 3 ədəd bombanın partlaması ilə xəstəxananın yerlə-yeksan olduğunu, ərazidəki avtomobil və binalarda yanğın çıxdığını bildirib.

Ənsarinin sözlərinə görə, mülki müdafiə qrupları dağıntının altında qalanları xilas etməyə çalışıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00