İsrail təyyarələri Əsədin hərbi bazasını vurdu: S-300-lər susdu

Ötən şənbə günü İsrail Hərbi Hava Qüvvələrinə aid olduqları ehtimal edilən qırıcılar Xums yaxınlığındakı Şənşər qəsəbəsində yerləşən və Bəşər Əsədin qardaşı Mahirin komandanlıq etdiyi 4 zirehli diviziyanın silah ambarlarını bombalayaraq məhv ediblər. Qeyd edək ki, bu bazanın ərazisində Hava Hücumundan Müdafiə qərargahı da yerləşir. Mütəxəssislər bu silah ambarlarından Hizbullah təşkilatına silah və sursat göndəriləcəyindən ehtiyyat edən Tel-Əvivin buranı bombaladığının güman edildiyini düşünürlər. Çox maraqlıdır ki , hava sahəsi S-300 Zenit Kompleksi ilə qorunan Suriyaya bu qırıcılar necə daxil olublar və bu S-300-lər  niyə heç bir cavab verməyiblər? Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00