Türkiyədə “Anadolu Kartalı 16” hərbi təlimləri başladı
8 İyun 2016 13:38 DünyaTürkiyədə Konya 3 -cü Qırıcı Reaktiv Təyyarə Bazasında 14 ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə təlimlərə start verilib. Təlimlərə ABŞ, İngiltərə, Pakistan , Səudiyyə Ərəbistanı , BƏƏ Hərbi Hava Qüvvələrinə aid çoxlu sayda hərbi təyyarə iştirak edir. Təlimlərdə iştirak edən pilotlar Türk Hərbi Hava Qüvvələrinin geniş döyüş təcrübəsinin əsaslarını öyrənirlər . Təlimlər 10 iyuna qədər davam edəcək. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00