Türkiyədə polis idarəsinə terror hücumu nəticəsində iki polis həlak olub

Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 2 polis əməkdaşı həlak olub.

Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 2 polis əməkdaşı həlak olub.

APA-nın DHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11.00 radələrində baş verib. Batman vilayəti istiqamətindən gələn yük avtomobili sürətlə Midyat polis idarəsinin həyətinə daxil olmaq istəyib. Binanın çölündə keşik çəkən polislər bunun terror hücumu olduğunu anlayaraq atəş açıblar. Nəticədə yük avtomobili idarənin həyətinə girmədən partlayıb.  

Avtomobildə təxminin 500 kq partlayıcı olduğu güman edilir.

Hələlik hadisə barədə rəsmi açıqlama verilməyib.

***

Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu olub.

Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, polis idarəsinin binasına içərisinə bomba yüklənmiş avtomobil vasitəsilə hücum edilib. Nəticədə şiddətli partlayış baş verib.

İlkin məlumatlara əsasən xeyli yaralı var. Hadisə yerinə çoxlu sayda ambulans göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00