Uşaq düşərgəsinə hücum edildi: Yaralılar var
8 İyun 2016 12:58 DünyaQazaxıstanın qərbindəki Aktobe şəhərində yerləşən uşaq düşərgəsinə naməlum şəxslər tərəfindən atəş açılıb.
TASS xəbər agentliyinin məlumatına görə, yerli saatla 08.06-da ağ avtomobillə düşərgəyə gələn naməlum şəxslər oranın təhlükəsizlik işçilərinə atəş açıblar.
Interfaks xəbər agentliyi isə atışma nəticəsində dörd nəfərin yaralandığını və vəziyyətlərinin ağır olduğunu bildirib.
Yaralananlar arasında uşaqların olub-olmaması haqqında məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00