Boşanma səbəbi anası imiş
7 İyun 2016 20:02 DünyaKaryerasını Çində davam etdirən futbolçu Burak Yılmazla həyat yoldaşının davası gündəmdən düşmür. Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstem Yılmaz fiziki təcavüzə məruz qaldığı həyat yoldaşını məhkəməyə verib və ondan 12 milyon lirə (təxminən 6 milyon manat) təzminat və 50 min lirə (təxminən 25 min manat) aliment tələb edib. Cütlüyün ayrılmasına səbəb futbolçunun anası olduğu deyilib. Belgüm Yılmaz gəlini ilə heç yola getmir. İstem Yılmaz da ana olduqdan sonra övladını nənəsi ilə görüşdürməyib. Bu da cütlük arasında davaya səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00