Evlilik təklifi görənləri təəccübləndirdi

Türkiyənin Çanaqqala bölgəsində Ramazan Tezcan adlı gəncin evlilik təklifi görənlərin marağına səbəb olub.

Türkiyənin Çanaqqala bölgəsində Ramazan Tezcan adlı gəncin evlilik təklifi görənlərin marağına səbəb olub.

Bizimyol  bildirir ki, Ramazan Tezcan uzun zamandır sevdiyi qıza maraqlı evlilik təklifi edib. 

Belə ki, 6 ildir ekskavator sürücüsü kimi işləyən Ramazan evlilik təklifini də məhz ekskavatorun köməyi ilə edib. Tək qaş üzüyü sevdiyi qıza uzadaraq, "hər axşam yağlı əllərimlə sənə çörək gətirsəm, mənimlə paylaşarsanmı?" deyə evlənmə təklifi edib.

Sonda isə Ramazan peşəsini çox sevdiyini ifadə edərək, illərdir xəyalını qurduğum evlənmə təklifini reallaşdırmasının xoşbəxtliyini yaşadığını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00