Məşhurların yaşadığı qəsəbədə yanğın - 5 min nəfər təxliyyə edildi
Kaliforniyanın cənubundakı Calabasas qəsəbəsində böyük yanğın baş verib.
7 İyun 2016 15:33 DünyaKaliforniyanın cənubundakı Calabasas qəsəbəsində böyük yanğın baş verib.
Xarici KİV xəbər verir ki, Kanye West, Kim Kardashian, Jennifer Lopez, Kylie Jenner və Jessica Simpson kimi ulduzların yaşadığı ərazidən 5 min nəfər təxliyyə edilib.
Məşhurların evlərinin də zərər gördüyü qəsəbəyə yüzlərlə xilasetmə qüvvələri cəlb edilib.
Yanğın zamanı Kimin bacıları Khloe ilə Kourtney Kardashian, Katie Holmes və Mariah Careyə qonşu olan evlər külə çevirilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00