Ərdoğanın Məhəmməd Əlinin dəfnindəki çıxışı - Ləğv edildi

Türkiyə prezidenti Ərdoğanın mərhum boksçu Məhəmməd Əlinin dəfnindəki çıxışı ləğv edilib.

Türkiyə prezidenti Ərdoğanın mərhum boksçu Məhəmməd Əlinin dəfnindəki çıxışı ləğv edilib.

Türkiyə KİV-i xəbər verir ki, Məhəmməd Əlinin mətbuat katibi çıxış edənlərin siyahısına iki nəfərin əlavə edildiyini, bu səbəbdən Türkiyə və İordaniya liderlərinin adının proqramdan çıxarıldığını açıqlayıb.

Qeyd edilir ki, çıxış edənlər arasında ABŞ-ın eks prezidenti Bill Klinton, aktyor Billy Crystal, Bryant Gumbel, boksçunun həyat yoldaşı və qızı olacaq.

Mətbuat katibi prezident Ərdoğanın bu qərarı anlayışla qarşılandığını əlavə edib. Lakin sözçü Ərdoğan və İordaniya kralının yerinə siyahıya salınan iki əcnəbin adını açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00