Türkiyə PKK-nın kökünü kəsmək məcburiyyətindədir

Əks təqdirdə terror davam edəcək

Türkiyə yenə terrorun hədəfindədir. Xəbərlərdən də məlum olduğu kimi iyunun 7-də səhər saatlarında İstanbulda daha bir terrakt həyata keçirilib. Terror aksiyası İstanbulun Veznecilər məhəlləsində baş verib. Terrorun hədəfi isə yenə də Türkiyə Silahlı Qüvvələri olub. Məlumata görə, İstanbul çevik qüvvələrinin hərəkət etdiyi avtobus park edilmiş bir avtomobilin yanından keçərkən partlayış baş verib. İlkin məlumatlara görə, terror aksiyası zamanı avtobusda olan polislərlə yanaşı mülki şəxslər də həlak olub. Belə ki, partlayış nəticəsində 4 mülki şəxs, 7 polis dünyasını dəyilşib. Bundan başqa 36 nəfər partlayış nəticəsində müxtəlif dərəcəli xəsarət alıb. Hələlik tam dəqiqləşdirilməsə də, lakin terro aksiyasının PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi danılmazdır. Elə əksər ekspertlər, siyasi şərhçilər də bu qənaətdədir.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə artıq mövcud vəziyyətə alışıb: "Terror Türkiyəni yenə ürəyindən - İstanbulda vurdu. Acı olsa da Türkiyənin hələ ki, başqa alternativ yoxdur. Çünki, Türkiyə PKK-nın ölkənin şərqində kökünü kəsmək məcburiyyətindədir. Ordunun və polisin uğurları göz qabağındadır. Ötən ilin 22 iyulundan bu yana terrora qarşı başladılan mübarizədə ümumilikdə 2 minə yaxın terrorçunun məhv edildiyi bildirilir. Elə savaş başlamadan əvvəl PKK-nın Türkiyə içərisində məhz bu qədər silahlı terrorçusu olduğu ehtimal edilirdi". Plitoloq qeyd edib ki, PKK Suriya və İraq üzərindən Türkiyədəki tərəfdarlarına yenidən silah ötürməyə çalışacaq: "Ancaq bu əvvəlki illərdəki qədər asan olmayacaq. Çünki birincisi, PKK-nın Türkiyədə partizan savaşı apara biləcək tərəfdar sayı azalıb. İkincisi Türkiyə ordusu İraqla sərhədi möhkəmləndirib".

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının mətbuat xidmətinin rəhbəri, İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalın sözlərinə görə, Türkiyəni terrorla hədəf seçən güclər, terror təşkilatları bununla ölkəni zəiflətməyi düşünsələr də, lakin xain güclərin bu planı baş tutmayacaq: "Türkiyənui terrorla zəiflətmək mümkün deyil. Düzdür, terror təşkilatları müəyyən mənada istədiyinə nail olur, vətəndaşlarımız, əsgərlərimiz bu xain hücumların qurbanına çevrilir. Ancaq Türk xalqı mətindir, mübarizdir. Heç bir zaman Türkiyə dövləti xain güclərin planlarının gerçəkləşməsinə imkan verməz". Sərdar Ünsalın sözlərinə görə, Türkiyənin siyasi və iqtsadi baxımdan möhkəmlənməsi, söz sahibinə, regionda önəmli fiqura çevrilməsi böyük gücləri ciddi narahat edir: "Ona görə də terror aktları vasitəsilə

Türkiyəni zəifətməyə çalışırlar. Bir daha qeyd edirəm ki, Türkiyə Cümhuriyyəti bu kimi xain planların qarşısını qətiyyətlə alacaq"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə isə hesab edir ki, İstanbulda baş verən son terror aksiyası hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətinin xarici siyasətinin səhvidir: "Eyni zamanda AKP hakimiyyətinin terror təşkilatı olan PKK ilə bir vaxtlar, bir masa da oturub atəşkəs razılaşmasının nəticəsidir". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da deyib ki, İstanbul və Ankarada partlayan bombalar Suriyada və İraqda strateji səhvlərin bədəlidir: "Türkiyə vaxtinda Şimali İraqa girib, türkmənlərə dəstək versəydi, orada tampon bölgə yaradıb, PKK terrorunun inkişaf etməsinin qarşısını alsaydı bu gün acı olaylar yaşanmazdı". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Şimali Suriyaya girmək yenə də Türkiyə üçün gec deyil: "AKP hakimiyyəti İraqda və Suriyada türkmənlərə sahib çıxmayınca, kürdlər daha da təşkilatlanacaq. Görünıən odur ki, bu gün Birləşmiş Ştatlar okeanın o tayından gəlib, kürdlərə yardım və dəstək verir, öz geosiyasi maraqlarına görə onlara sahib çıxır, AKP isə türkmanlara sahib çıxmır. Halbuki, Türkiyə türkmanlara verdiyi dəstəklə bu bataqlıqdan çıxa bilər". Məhəmməd Əsədullazadə onu da bildirib ki, Türkiyə maksimum dərəcədə çalışıb böyük güclərin, imperialist qüvvələrin onu zəiflətmək planını pozmalıdır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00