Suriyada döyüşənlərin cinayət işi üzrə baxış iclasının vaxtı müəyyən edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən  Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə  məhkəmənin baxış iclası iyunun 16-na təyin edilib.

Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir Milli Təhlükəsizlik Nazirliyitərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər. Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlardaSuriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)", "Cəbhətül-Nusra" və "Cundu Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib.  Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00