Rusiyadan Almaniyaya ETİRAZ

"Almaniyanın Rusiyanı rəqibləri sırasına aid etməsi narahatlıq və təəssüf doğurur".

"Almaniyanın Rusiyanı rəqibləri sırasına aid etməsi narahatlıq və təəssüf doğurur".

Teleqraf.com  bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu mövqe konfrontasiya yaradır. 

Qeyd edək ki, Almaniya hökumətinin "Ağ kitab"a etdiyi dəyişikliklərdə Rusiya Almaniyanın rəqibi kimi göstərilib. Buna səbəb Rusiyanın Donbas və Krımla bağlı siyasətidir. 

"Ukraynanın ittihamları əsassızdır"

"Rusiya hərbi təyyarələri tərəfindən Ukraynanın hava sərhədinin pozulması ittihamları əsassızdır". Bunu da Peskov deyib. O bildirib ki, son iki ildə bu kimi bəyanatlar çox tez-tez səsləndirilib: "Bu ittihamı sübut etmək lazımdır. Ancaq belə bəyanatlar bu günə kimi havada qalıb". 

Rusiya və Avropanın qarşılıqlı maraqları

Peskov deyib ki, Rusiya və Avropa arasında intensiv siyasi əlaqələr qarşılıqlı maraqlarla izah olunur. Onun fikrincə, sanksiyalara baxmayaraq, bu, maraqlar çox intensivdir: "Bu həm regional, həm də beynəlxalq məsələlər səviyyəsində intensiv xarakter alıb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00