Melikyan: "Rusiya yaxın zamanda Qarabağın bir hissəsini Bakıya qaytaracaq"

"Rusiyanın Qarabağı Azərbaycana vermək cəhdi türk dünyasına yönəlik geosiyasi gedişlə izah olunmalı

"Rusiyanın Qarabağı Azərbaycana vermək cəhdi türk dünyasına yönəlik geosiyasi gedişlə izah olunmalıdır".

Publika.az  bildirir ki, bu barədə erməni analitiki, qondarma "DQR"-in "keçmiş xarici işlər naziri" Arman Melikyan deyib.

Onun sözlərinə görə, Suriyada Rusiya təyyarəsinin vurulmasından sonra Ankara və Moskva arasında qarşıdurma dövrü başladı: "Orta statistik erməniyə anlatmaq çətindir ki, Moskva Cənubi Qafqazda yeganə strateji müttəfiqi olan Ermənistanın maraqlarını qurban verməyə çalışır. Gürcüstan və Ukraynada Rusiya siyasətinin uğursuzluğundan sonra Kreml ötən il yeni çıxılmaz döngə ilə rastlaşdı. Suriyada rus təyyarəsinin vurulması Moskva və Ankara münasibətlərini alt-üst etdi. Rusiya hazırda Türkiyə ilə qarşıdurmada kifayət qədər ideoloji və siyasi-iqtisadi resursa malik deyil. Moskva üçün əsas yol Azərbaycanın, eləcə də Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstanın, həmçinin Rusiyanın Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan kimi regionlarının Türkiyə təsirinə tamamilə düşməsinin qarşısını almaqdır. Bu fonda Rusiya hesab edir ki, Qarabağı Azərbaycana qaytarmaqla Mərkəzi Asiyaya türklərin girişini bağlayacaq, yaxud müvəqqəti qarşısını ala biləcək".
 
Erməni analitik hesab edir ki, Rusiya yaxın dövrdə Qarabağı tamamilə olmasa da, üçdə bir hissəsini Azərbaycana qaytarmaq üçün Ermənistana təzyiqlərini artıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00