Smartfonlar üçün enerji ilə ən tez doldurulan cihaz yaradıldı

Elektronika istehsalçısı olan “MediaTek” şirkəti smartfonlar üçün dünyada ən qısa müddətdə enerji ilə doldurulan cihazı ictimaiyyətə təqdim edib.

Elektronika istehsalçısı olan "MediaTek" şirkəti smartfonlar üçün dünyada ən qısa müddətdə enerji ilə doldurulan cihazı ictimaiyyətə təqdim edib. 

İKT.lent.az-ın Qərbin ixtisaslaşdırılmış KİV-lərinə istinadən məlumatına görə, yeni avadanlıq "Pump Express 3.0" adlandırılıb və bazarda "Qualcomm" şirkətinin istehsalı olan "QuickCharge" cihazı ilə rəqabət aparır. 

"MediaTek" mütəxəssisləri qeyd edib ki, yeni cihaz cəmi 20 dəqiqə ərzində tam olaraq enerjisi bitmiş akkumulyatoru 70 faizə qədər doldurmaq imkanına malikdir.

Bundan başqa, bu ilin sonuna qədər "MediaTek" rəhbərliyi "Pump Express" cihazının ABŞ bazarında yayılması məsələsini tam həll edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00