Çin şəffaf ekranlı smartfon istehsal edəcək
Çinin “Vivo” şirkəti şəffaf ekranlı smartfon təqdim edə bilər. İKT.lent.az-ın xəbərinə görə, bu barədə məlumatı “Mobipicker” resursu dərc edib.
6 İyun 2016 19:11 DünyaÇinin "Vivo" şirkəti şəffaf ekranlı smartfon təqdim edə bilər. İKT.lent.az-ın xəbərinə görə, bu barədə məlumatı "Mobipicker" resursu dərc edib.
İnsayderlər iddia edir ki, smartfonun ekranının şəffaflığı dəyişiləcək. Sensor zonalar smartfonun hər iki tərəfində - ön və arxa tərəfdə yerləşir. Bununla belə, ekranın ətrafında qalın çərçivə mövcuddur.
Güman edilir ki, burada cihazın "içalatı" yerləşəcək və onun olduqca ciddi parametrlərə malik olacağı ehtimal edilir. Yeni "Vivo" smartfonu "Qualcomm Snapdragon 820" prosessoruna malik olacaq.
Bundan başqa, mütəxəssislər iddia edir ki, smartfon 6 Gb əməliyyat yaddaşına və 128 Gb əlavə yaddaşa sahib olacaq. Yeni cihaz artıq 2017-ci ildə satışa çıxarılacaq.