Dağlıq Qarabağda "nazir davası"nın ilk QURBANI

1999-cu ilədək Dağlıq Qarabağdakı separatçı rejimin silahlı dəstələrinə başçılıq etmiş, "İjo" ləqəbi ilə tanınan "general" Samvel Babayanın Xankəndindən qovulması gözlənilir.

1999-cu ilədək Dağlıq Qarabağdakı separatçı rejimin silahlı dəstələrinə başçılıq etmiş, "İjo" ləqəbi ilə tanınan "general" Samvel Babayanın Xankəndindən qovulması gözlənilir.

"Çorrord Hişxanutyun" bildirir ki, S.Babayan srağagün Xankəndinə gəlib. Onu 1000-ə yaxın tərəfdarı qarşılayıb.

"İntibah" Partiyasının sədri Hayk Xanumyanın başçılıq etdiyi bu aksiyanın iştirakçıları Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın iqamətgahının qarşısında toplaşaraq Samvel Babayanın "müdafiə naziri" təyin olunmasını istəyiblər.
Bu aksiya Ermənistanda və xüsusilə də Xankəndidəki rejim tərəfindən qəzəblə qarşılanıb.

Hayk Xanumyanın dünən evinin qarşısında naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyü bildirilir. O, hazırda Xankəndi şəhər xəstəxanasının reanimasyia bölməsindədir.

Xankəndidəki polisin mətbuat katibi Feliks Harutyunyan isə bu xəbəri yalanlayıb: "Bizdə belə fakt qeydə alınmayıb. Olsaydı, bilərdik".

Bako Saakyanın müşaviri David Babayan isə "İjo"nun "müdafiə naziri" postuna yiyələnmək istəyinə ironiya ilə yanaşıb: "Hayk Xanumyanın dediklərini, Samvel Babayanın söylədiklərini ciddi və ya başqa cür qəbul etməyi hələ də müəyyənləşdirməmişəm. Samvel Babayan deyir ki, Bako Saakyan onunla görüşmək istəyir. Məndə olan məlumata görə, B.Saakyanın belə niyyəti yoxdur. Ümumiyyətlə, ciddi məsələlərlə bağlı danışmaq daha yaxşı olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00