Ermənistanda hərbçilərin olduğu avtomobil aşıb

Ermənistanın Lori vilayətində avtomobilin aşması nəticəsində hərbi qulluqçular xəsarət alıb.

Ermənistanın Lori vilayətində avtomobilin aşması nəticəsində hərbi qulluqçular xəsarət alıb. APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, hadisə Vanadzor-Dilican yolunda baş verib. Avtomobil yoldan çıxararaq dərinliyi 50 metr olan yarğana yuvarlanıb. Sürücü və sərnişin xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00