Rusiya Ukrayna sərhədinə ordu yeritdi
3 İyun 2016 19:00 DünyaRusiya NATO-nun Şərqi Avropada aktivliyinin artması ucbatından qərb istiqamətində fəaliyyətini gücləndirib. Axar.az bildirir ki, bu barədə informasiyanı "İnterfaks" agentliyi yayıb. Agentlik bununla əlaqədar hazırda 23-cü motoatıcı briqadanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində yerləşdirildiyini bildirib. 28-ci motoatıcı briqada isə Bryansk vilayətində yerləşdirilib.
Qeyd edək ki, bundan öncə Ukrayna mətbuatı Bryansk vilayətinə rus ordusunun yeridildiyi haqqında məlumat yaysa da, Moskva bu informasiyanı təkzib edib. Bryansk vilayəti Belarus və Ukrayna sərhədində yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00