Türkiyədə MİT direktoru haqda ziddiyətli xəbərlər

Son məlumatlara görə Türkiyə Milli İstihbarat Təşkilatının direktoru Hakan Fidanın vəzifəsindən azad edildiyi barədə digər internet resursları da xəbər yayıb. Rəsmi qaynaqlar xəbərə şərh vermir. Lakin hökumətə yaxın jurnalistlər Hakan Fidanın vəzifəsindən azad edildiyini təsdiqləmirlər. "Türkiye" qəzetinin əməkdaşı bildirib ki, Hakan Fidan hazırda prezident Ərdoğanı Somaliyə səfərdə müşaiyət edir. Hökumətə yaxın digər mənbələr də Hakan Fidanın hazırda Moqadişoda olduğunu təsdiq edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00