Rusiya Təhlükəsizlik Şurasının katibi İrəvana gedir
3 İyun 2016 18:00 DünyaRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana səfər edəcək. Report bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat xidməti məlumat yayıb. O, iyunun 7-8-də Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatı (KTMT) katibləri komitəsinin növbəti iclasında iştirak edəcək.
Məlumata görə, komitənin toplantısında KTMT-yə üzv dövlətlərin beynəlxalq terrorçuluq və ektremizmə qarşı kollektiv təhlükəsizlik tədbirlərinin inkişaf sistemləri, eləcə də qurum məkanında regional təhlükəsizliyin təmin edilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Toplantıya KTMT-nin baş katibi Nikolay Bordyuja da qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00