Burak Özçivitdən Fahriyə Evcənə doğum günü sürprizi
3 İyun 2016 19:47 DünyaFahriyə Evcən 29 yaşını sevgilisi Burak Özçivitin təşkil etdiyi partiylə qeyd edib. Yaraşıqlı aktyor doğum günü üçün Akaretlərdəki bir məkanın üst qatını bağlatdırıb. Yaxın dostlarının qatıldığı əyləncəli bir gecə keçirib. Qarşılıqlı harmandalı oynayan cütlük qonaqlarını yola saldıqdan sonra evlərinə doğru yol alıblar. Fahriyə Evcən sevgilisinin bu sürprizinə sosial mediada "Sevgilim, yoldaşım, sen çox dəyərlisən" yazaraq təşəkkür edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00