Müğənni Özgün daun sinromlu oğlu Edizi anlatdı

Özü kimi musiqiçi Nida Kaçarla evlənən Özgün keçən il ilk dəfə olaraq atalıq həyacanını yaşamışdı. Məşhur müğənni bilinməyənləri və daun sindromlu oğlu Edizi Kanal D ekranlarında yayımlanan "Rəngli səhifələr" proqramında anlatdı. "Biz bir körpə gözləyirdik, Allah bizə mələk göndərdi" deyən Özgün bunları söylədi: "Ediz tamamilə sürpriz oldu, doğumdan sonra öyrəndik. Edizi bizə gətirdikləri an her şey çox fərqli oldu. O gündən bu günə həyatımızın anlamı oğlumuz oldu. Çox keyifli və xoşbəxt anlar yaşayırıq. İnşallah  onunla birgə xoşbəxt bir ömür yaşayacağıq. Daun sindromlu ailələr sağlıqlı düşünməlidilər çünki bu bir xəstəlik deyil. Daun sindromlu uşaqlar çox gözəl şeylər edə bilər. İdmançı olanı da var, mahnı oxuyanı da... Bu ailələr sadəcə onları özəl təhsil mərkəzlərinə aparsınlar. Biz Daun Türkiyə Dərnəyindən çox şey öyrəndik". Daha sonra o "İkinci övladı düşünürsünüzmü?" sualına biraz yuxumuzu alaq daha sonra düşünəcəyik cavabını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00