Demet Akalın: "Onu parçalayacam"
3 İyun 2016 19:15 DünyaTürkiyəli müğənnilər Demet Akalınla Hande Yener arasındakı qalmaqal bitmir. Məlumata görə, Handenin Demetin qızının şəklinin altına "b.k" şərhini yazması keçmiş rəfiqələrin arasındakı davanı daha da şiddətləndirib. Belə ki, Demet "Handeyi haradasa görsəm, ətrafımda olan hər şeyi onun başına çırpacam" deyib. Qızına olunan bu hərəkəti və balaca uşağı davaya qarışdırmağı həzm edə bilməyən Akalın onu parçalayacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00