Peskov: “Rusiya, Azərbaycan və İran liderlərinin görüşü ilin ikinci yarısında keçiriləcək”
3 İyun 2016 14:24 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünə hazırlıq getdiyini təsdiqləyib. APA-nın Moskva müxbirinin xəbərinə görə, D. Peskov liderlərin görüşünün nə vaxt və harada keçiriləcəyinə aydınlıq gətirməyib: "Görüş ilin ikinci yarısının əvvəllərinə planlaşdırılır. Razılıq əldə olunduqdan sonra məlumat verəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00