Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi xəstəxanaya yerləşdirildi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçatoruv iyunun 3-də Müdafiə Nazirliyinin Kliniki Hərbi Hospitalında əməliyyat olunub. Azvision.az bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan deyib. Ovanisyan Baş Qərargah rəisinin üzərində hansı əməliyyatın aparıldığını bildirməyib. Xaçaturovun vəziyyətinin normal olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00