Ukraynada məhbuslar qiyam qaldırıblar
3 İyun 2016 13:24 DünyaUkraynanın Kirovoqrad vilayətindəki 6 nömrəli istintaq təcridxanasının məhbusları qiyam qaldırıblar. Məlumata görə, bu barədə Ukrayna Dövlət Penitensiar Xidmətinin keçmiş rəhbəri Sergey Starenkiy özünün "Facebook" səhifəsində yazıb.
O bildirib ki, məhbuslar istintaq təcridxanasının əməkdaşlarına hücum ediblər: "Onlar açar və xüsusi vasitələri götürüblər, bütün qapıları ya açıb, ya da sındırıblar. İdarənin əməkdaşları qorxduqları üçün cəzaçəkmə müəssisəsinin ərazisinə daxil olmurlar. Artıq 3 gündür vəziyyət belə davam edir".
S. Starenkiy hesab edir ki, iğtişaşlar digər cəzaçəkmə müəssisələrinə yayıla bilər. Onun bildirdiyinə görə, 49 saylı islah əmək koloniyasının və Kirovoqrad vilayətinin digər istintaq təcridxanasının məhbusları qiyamçıları dəstəkləməyə hazırdırlar.