​Türkiyədə partlayış nəticəsində 7 əsgər yaralanıb

Təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyatlara başlayıb

Türkiyədə növbəti terror aktı törədilib. Türkiyə KİV-i xəbər verir ki, hadisə Diyarbəkir əyalətinin Silvan rayonunda baş verib. Belə ki, terrorçu PKK qruplaşması silahlılarının avtomobil yoluna əvvəlcədən yerləşdirdikləri partlayıcının partlaması nəticəsində 7 əsgər yaralanıb. Hadisə hərbçilərin olduğu avtomobil həmin ərazidən keçərkən baş verib. Xəbərdə yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyatlara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00