Rusiyada şaxtada yanğın baş verib
3 İyun 2016 12:26 DünyaRusiyanın Kuzbas regionunda yerləşən "Zareçnaya" şaxtasında yanğın baş verib. "RİA Novosti" agentliyi verdiyi xəbərə görə, bu barədə regionun fövqəladə hallar xidmətindəki mənbə məlumat verib. Bildirilib ki, yanğın 100 metr dərinlikdə yerləşən transformator yarımstansiyasında baş verib. Həmin vaxtı yerin altında 103 nəfər olub. Həmçinin məlum olub ki, bütün şaxtaçılar təxliyə edilib, onlardan heç biri xəsarət almayıb. Tüstüyə görə hazırda şaxtada iş dayandırılıb. Artıq yanğının vurduğu zərərin miqyasının müəyyənləşdirilməsi üçün şaxtaya mütəxəssislər göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00